Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliyi fəaliyyətə başlayıb

02 oktyabr 2021 | 11:00

Ağsu rayon Heydər Əliyev mərkəzində Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) nümayəndəliyi fəaliyyətə başlayıb. Açılış mərasimində rayon icra hakimiyyətinin nümayəndələri, Gənclər Fondunun icraçı direktorunun müavini, Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndələri və rayon gəncləri iştirak ediblər.
  Açılış tədbirində əvvəlcə qonaqlar və gənclər ümummilli lider Heydər Əliyevin Ağsu şəhərindəki abidəsini ziyarət edib, önünə güllər düzüblər.
  Gənclərlə söhbət zamanı, eləcə də Heydər Əliyev mərkəzi ilə tanışlıqdan sonra çıxış edən rəsmi nümayəndələr Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət gənclər siyasətindən, ölkəmizdə gənclər üçün yaradılan imkanlardan danışıb və gəncləri bu imkanlardan yararlanmağa dəvət ediblər.
  Ağsu RİH başçısının müavini S.Mirzəliyeva çıxış edərək bildirilib ki, Prezident cənab İlham Əliyevin Sərəncamına əsasən yaradılan GİKM-lərin fəaliyyəti gənclərin hərtərəfli inkişafının təmin olunması, habelə ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verməkdən ibarətdir. Yeni yaradılan nümayəndəliklərdə gənclərin əlavə bilik və bacarıqlara yiyələnmələri üçün müxtəlif peşə təlimləri və ustad dərsləri, təhsil və təcrübə proqramları, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunacaqdır. 
  Tədbir GİKM-in fəaliyyətindən əyləncəli videoların nümayişi, maraqlı viktorinalar və təlim xarakterli oyunlarla davam etdirilib. Gənclər “Gənc könüllü” proqramına qoşulmağa dəvət olunublar.

Keçidlər