Şriftin ölçüsü :

Saytın rəngi :

Silahlı Qüvvələr Günü Ağsu rayonunda qeyd olunub

26 iyun 2021 | 11:00

Ağsu rayonunda 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib. Tədbirdə rayon rəhbərliyi, Qarabağ müharibəsinin iştirakçıları, qazilər, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə Şəhidlər xiyabanında Vətən uğrunda canından keçən qəhrəman igidlərin məzarlarına gül dəstələri düzülüb, xatirələri ehtiramla yad olunub.
  Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon icra hakimiyyətinin başçısı cənab Rövşən Bağırov çıxış edərək vurğulayıb ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan Silahlı Qüvvələri bu gün Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Silahlı Qüvvələrimizin modernləşdirilməsi, yüksək döyüş hazırlığı, hərbçilərin sosial problemlərinin həlli, kadr hazırlığı və sair istiqamətlərdə görülən işlər nəticəsində Azərbaycan Ordusu regionun ən qüdrətli ordusuna çevrilib. Ötən il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsinin Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında tarixi qələbə ilə başa çatması Silahlı Qüvvələrimizin nəyə qadir olduğunu bütün dünyaya göstərdi.
  Yığıncaqda Prezident cənab İlham Əliyevin sərəncamları ilə təltif edilən Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə, qazilərə və müharibə iştirakçılarına orden və medallar təqdim olunub. 

Keçidlər