Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda ağacəkmə aksiyası keçirilib

26 fevral 2021 | 11:00

Xocalı soyqırımının 29-cu ildönümü günü Ağsu rayonunda ağacəkmə aksiyası keçirilib. 
  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində keçirlən aksiyada rayon icra hakimiyyətinin, eləcə də digər idarə, müəssisə və təşkilatlardan olan işçilər və sakinlər fəal iştirak ediblər.
  Əsrin faciəsi olan Xocalı soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə təşkil olunan aksiyada Ağsu şəhərinin qərbində, Bakı-Şamaxı-Yevlax magistral yolunun cənub hissəsində 613 ədəd ağac əkilib. Əkilən ağaclar suvarılıb, dibi bərkidilib.

Keçidlər