Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayon İcra Hakimiyyətinin başçısı Yenilik kəndində vətəndaşları qəbul edib

16 may 2019 | 11:00

Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev əlaqədar müəssisə, idarə, təşkilat və hüquq mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə Yenilik kəndində vətəndaşları qəbul edib.

  Səyyar qəbulda sakinlər tərəfindən torpaq sahələrinin yerinin müəyyənləşdirilməsi və sənədləşdirilməsinə kömək göstərilməsi, məktəblilərin təhlükəsizliyi məqsədilə Bakı-Şamaxı-Yevlax magistral yolu üzərində piyada keçidinin salınması, içməli və suvarma suyu ilə təchizatın yaxşılaşdırılması, kənd yolunun təmiri, torpaq mülkiyyətçilərinin mineral gübrələr və taxılbiçən kombaynlarla vaxtında təmin olunması ilə bağlı lazımi tədbirlərin görülməsi, dağlıq ərazidəki əkin sahələrinə gedən torpaq yolun hamarlanması, kəndin örüş sahəsinə aid olan ərazidə zəbt olunmuş torpaq sahələrinin geri qaytarılması, elektrik və içməli su ilə təchizatın yaxşılaşdırılması ilə əlaqədar təkliflər irəli sürülüb.

  Qeyd olunan təkliflər nəzarətə götürülüb və onların həlli ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

  Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul işçisi Qalib Əsgərov səyyar qəbulda iştirak edib.


Keçidlər