Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Xəlilli kəndində səyyar qəbul keçirib

07 fevral 2019 | 11:00

Fevralın 7-də rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Xəlilli kəndində səyyar qəbul keçirib.

  Səyyar qəbulda sakinlər tərəfindən kənd ərazisindəki yararsız elektrik dayaqlarının yenisi ilə əvəz edilməsi, vətəndaşa məxsus elektrik sayğacının yerinin dəyişdirilməsi, Xəlilli kənd ümumi orta məktəbinin istilik təchizatının yaxşılaşdırılması, işlə təminat və digər yerli əhmiyyətli sosial məsələlərin həlli ilə əlaqədar təkliflər səsləndirilib.

  Sakinlər tərəfindən irəli sürülən təkliflər nəzarətə götürülüb və onların icrası ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər