Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Gəgəli kəndində səyyar qəbul keçirib

31 yanvar 2019 | 11:00

Yanvarın 31-də rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Gəgəli kəndində səyyar qəbul keçirib.
  Səyyar qəbulda vətəndaşlar tərəfindən kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılması məqsədilə güzəştli şərtlə mineral gübrələrin verilməsi, kəndin tam telefonlaşdırılması, işlə təminat, içməli su təchizatının yaxşılaşdırılması, məktəb yolunun cari təmiri və digər sosial məsələlərin həlli ilə əlaqədar təkliflər səsləndirilib.
  Sakinlərin müraciət və təklifləri nəzarətə götürülüb və onların icrası ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər