Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Ləngəbiz kəndində səyyar qəbul keçirib

06 dekabr 2018 | 11:00

Dekabrın 6-da rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Ləngəbiz kəndində səyyar qəbul keçirib.

  Görüşdə vətəndaşlar tərəfindən kəndin telefonlaşdırılmasına, mənbəyi “Ağsuçay” olan suvarma arxının Qəşəd və Ləngəbiz kəndləri arasındakı hissəsinin təmizlənməsinə, həyətyanı torpaq sahəsinin sənədləşdirilməsinə və havaların soyuması ilə bağlı tələbata uyğun normal təbii qaz verilməsinə kömək göstərilməsi ilə əlaqədar məsələlərin həlli qaldırılıb.

  Vətəndaşların müraciət və təklifləri nəzarətə götürülüb və onların icrası ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər