Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda cari ilin birinci yarısında sosial-iqtisadi inkişafın yekunları müzakirə olunub

14 iyul 2018 | 11:00

2018-ci ilin birinci yarısında sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.
    Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin məruzəsində və çıxışlarda qeyd edilib ki, rayonda cari ilin altı ayında ümumi məhsul buraxılışının həcmi 97 milyon 70,4 min manat olub. Bu  da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 177,8 min manat və ya 16,4 faiz çoxdur. Adambaşına düşən ümumi məhsul buraxılışı isə 1218,2 manat təşkil edib ki, bu, keçən ildəkindən 134 manat və ya 12,4 faiz artıqdır.
  Ümumi məhsul buraxılışında iqtisadiyyatın aparıcı sahəsi olan aqrar sektorda məhsul buraxılışının həcmi 52,9 faiz təşkil edib. Kənd  təsərrüfatındakı vəziyyət geniş təhlil edilib və qeyd olunub ki, aqrar sektorda aparılan islahatlar, ixracyönümlü məhsulların, o cümlədən baramaçılığın və pambıqçılığın inkişafına göstərilən dövlət qayğısı rayonda bu sahələrin inkişafına güclü təkan verib. Cari mövsümdə 15 kənd inzibati ərazi dairəsi üzrə kümçülər tərəfindən 10935,75 kiloqram barama yetişdirilərək “Azəripək” MMC-yə təhvil verilib. Ötən illə müqayisədə barama tədarükü 5443,75 kiloqram çox olub. Hazırda rayonda 2600 hektarda pambıq yetişdirilir. İndi plantasiyalarda üçüncü kompleks becərmə tədbirləri aparılır.
  Cari ilin məhsulu üçün rayonda 33382 hektar sahədə taxıl əkilib. Artıq zəmilərin 29794 hektarı biçilib. Hər hektardan orta məhsuldarlıq buğda üzrə 32 sentner, arpa üzrə isə 31 sentner təşkil edir. Hazırda taxıl biçini davam edir.
   Kənd təsərrüfatında aparıcı sahələrdən olan heyvandarlıqda da uğurlu nəticələr qazanılıb. Məhsul istehsalına görə bütün göstəricilər ötən ilin müvafiq dövrünə nisbətən artıb.
   Məruzə və çıxışlarda tikinti-quraşdırma işləri sahəsində həyata keçirilən tədbirlərdən də ətraflı danışılıb. Bildirilib ki, ötən ilin birinci yarısı ilə müqayisədə tikinti-quraşdırma işlərinin həcmi 7 faiz artıb. Şəhərin mərkəzindəki Mədəniyyət sarayında 2017-ci ildən başlanan yenidənqurma işləri artıq tamamlanmaq üzrədir. M.Ə.Rəsulzadə küçəsindəki Bayraq meydanında, Bayraq muzeyində, Uşaq-Gənclər yaradıcılıq mərkəzində inşaat işləri davam etdirilir.
   Bico kəndində 160 yerlik tam orta məktəb üçün yeni binanın tikintisi, 15 kilometrlik Dilman-Xatman avtomobil yolunun əsaslı təmiri davam etdirilir və sair.
   Hesabat yığıncağında əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə normal təchizatı ilə bağlı görülən işlər, təhsil, səhiyyə, mədəniyyət sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər, habelə qarşıda duran vəzifələr geniş müzakirə olunub. 

Keçidlər