Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsuda Aprel döyüşləri şəhidlərinin xatirəsinə həsr olunmuş boks üzrə rayon birinciliyi keçirilib

05 aprel 2018 | 11:00

Ağsu rayon Gənclər və İdman idarəsi və “Neftçi” İdman Klubu ictimai birliyinin birgə təşkilatçılığı ilə Ağsu İdman Kompleksində Aprel döyüşlərində şəhid olanların xatirəsinə həsr olunmuş boks idman növü üzrə uşaqlar və yeniyetmələr arasında rayon birinciliyi keçirilmişdir.
     Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra yarışa start verilib. Yarışın keçirilməsində məqsəd torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsini əbədiləşdirmək, boksçular arasında vətənə məhəbbət, dostluq hislərini aşılamaqla yanaşı rayonumuzun perspektivli idmançılarını üzə çıxarmaq    olmuşdur.
    Birincilikdə 30 nəfər idmançı iştirak etmişdir.
   Yarışda hər çəki dərəcəsi üzrə I, II və III yerlərə layiq görülən idmançılara Ağsu rayon Gənclər və İdman idarəsinin diplomları təqdim olunmuşdur.     
   

Keçidlər