Home Contact Phone
background

Xəbərlər

  • R.E.Bağırovun Ağsu Rayon İcra Hakimiyyətinin ...

    R.E.Bağırovun Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    2021-05-03

    R.E.Bağırovun Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram: Rövşən Elmidar oğlu Bağırov Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti

  • Dənli və texniki bitkilərin yığımı dövrün...

    Dənli və texniki bitkilərin yığımı dövründə və meşələrdə yanğın təhlükəsizliyi qaydaları

    2021-04-21

    Kənd təsərrüfatında məsul bir dövrün - dənli və texniki bitkilərin yığımı mövsümünün astanasındayıq. Taxıl yığımı və heyvandarlığın inkişafı məqsədilə mal-qara üçün silos, senaj, quru ot tədarükünün artırılması respublika iqtisadiyyatında önəmli rol oynadığına görə bu sahələrin, bütövlükdə kənd təsərrüfatının inkişafı istiqaməti daim diqqət mərkəzindədir.

  • Şəhid Toğrul Fərəczadənin xatirəsi anılıb

    Şəhid Toğrul Fərəczadənin xatirəsi anılıb

    2021-04-09

    Ağsu rayonunun Bico kəndindən olan, Aprel döyüşlərində qəhrəmancasına şəhidlik zirvəsinə ucalan xüsusi təyinatlı Toğrul Fərəczadənin uyuduğu kənd qəbiristanlığındakı məzarı yanında anım mərasimi keçirilib. Anım mərasiminə gələnlər şəhidin qəbri üzərinə əklil qoyub, tər qərənfillər düzüblər.

  • Ağsuda Rayon Ağsaqqallar Şurasının iclası ke...

    Ağsuda Rayon Ağsaqqallar Şurasının iclası keçirilib

    2021-03-17

    Ağsu Rayon İcra Hakimiyyətinin akt zalında xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla, Rayon Ağsaqqallar Şurasının iclası keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Füzuli Kərimli, Milli Məclisin deputatı Eldar İbrahimov iştirak edib.

  • Xocalı faciəsi insanlığa qarşı törədilmiş...

    Xocalı faciəsi insanlığa qarşı törədilmiş cinayətdir

    2021-02-26

    Ağsu Rayon İcra Hakimiyyətində Xocalı faciəsinin 29-cu ildönümü münasibətilə onlayn video-konfrans keçirilib. Ağsu RİH başçısının birinci müavini Füzuli Kərimli çıxış edərək, Xocalı faciəsinin baş verdiyi tarixi məqama nəzər salıb. Bildirib ki, 1992-ci ildə dövlət müstəqilliyini yenicə qazanan Azərbaycanın üzləşdiyi ərazi itkisi ilə yanaşı, əsrin ən dəhşətli faciəsindən birini yaşaması ölkəmizin yeni tarixinə qara həriflərlə yazılıb.

  • Ağsu rayonunda ağacəkmə aksiyası keçirilib

    Ağsu rayonunda ağacəkmə aksiyası keçirilib

    2021-02-26

    Xocalı soyqırımının 29-cu ildönümü günü Ağsu rayonunda ağacəkmə aksiyası keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində keçirlən aksiyada rayon icra hakimiyyətinin, eləcə də digər idarə, müəssisə və təşkilatlardan olan işçilər və sakinlər fəal iştirak ediblər.

  • Ağsu rayonunda qanvermə aksiyası keçirilib

    Ağsu rayonunda qanvermə aksiyası keçirilib

    2021-01-14

    İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi Milli Hematologiya Mərkəzi Ağsu rayonunda qanvermə aksiyası keçirib.

  • Şəhid Statusu – Əsas Tələblər və İmtiyaz...

    Şəhid Statusu – Əsas Tələblər və İmtiyazlar

    2020-12-23

    Şəhid hesab edilənlər: 1. hərbi qulluqçular – ölkənin ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar, habelə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular (və digər xüsusi xidmət orqanlarının əməkdaşları) 2. mülki vətəndaşlar - erməni hərbi təxribatı nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar

  • Müharibə ilə əlaqədar əlillik statusu

    Müharibə ilə əlaqədar əlillik statusu

    2020-12-23

    Müharibə ilə əlaqədar əlillik təyinatı aparılanlar: 1. ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar (ARƏBM) 2. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar (HXVYY)

  • Büdcə zərfinə daxil edilmiş “Əmək pensiya...

    Büdcə zərfinə daxil edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinin ləğv edilməsi və bundan irəli gələrək dəyişiklik və yeni hazırlanması zərurəti yaranmış normativ hüquqi aktlar

    2020-12-23

    1. “Əmək pensiyaları haqqında” AR Qanununun 19-cu maddəsinin ləğv edilməsi  Həmin maddədə nəzərdə tutulan əmək pensiyasının sığorta hissəsinə əlavələr pensiya təminatı sistemində sosial sığorta prinsiplərini zəiflədir və həmin əlavələrin maliyyələşdirilməsi prosesi həddən artıq mürəkkəbdir.  Bu məqsədlə, həmin maddədə əks olunmuş pensiya əlavələrinin ləğv edilərək mövcud AR Prezidentinin təqaüdləri ilə birləşdirilməsi, ikisinin əvəzinə müvafiq olaraq yeni AR Prezidentinin təqaüdlərinin təsis edilməsi təklif olunur.  Pensiya əlavələrinin ləğv edilərək, prezident təqaüdlərinin artırılması həmin pensiya və Prezident təqaüdləri alan şəxslərin sosial rifahının yaxşılaşdırılmasına təsir edəcək, eyni zamanda bu növ sosial təyinatların elektron icrasını sürətləndirəcəkdir.

  • Dünya Bankı: Azərbaycan dünyanın ən islahat...

    Dünya Bankı: Azərbaycan dünyanın ən islahatçı on ölkəsindən biridir

    2020-12-19

    Aparılmış müstəqil araşdırmanın nəticəsində Azərbaycanın Doing Business 2020 Hesabatında mövqeyi 6 pillə yaxşılaşdırılmış, ölkəmiz bir daha dünyanın “Ən islahatçı on ölkəsi” sırasına daxil olmuşdur. Xatırladaq ki, 27 avqust 2020-ci il tarixində Dünya Bankı tərəfindən yayımlanmış press relizdə bildirilmişdir ki, bir sıra üzv ölkələrin Doing Business hesabatındakı məlumatlarının Bankın daxilində emal edilməsi prosesində uyğunsuzluqlar aşkarlanmış, bu uyğunsuzluqların mahiyyətinin müəyyən edilməsi istiqamətində müstəqil araşdırma aparılacağı qeyd edilmişdir.

  • Minsk qrupu münaqişənin həllində heç bir rol...

    Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb

    2020-12-18

    ATƏT-in Minsk qrupu həmsərdlərinin sonuncu dəfə Azərbaycana səfərindən ötən bir il ərzində bölgə və dünyadakı vəziyyət dəyişmişdir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycan hökumətinin iradəsi, yürüdülən müdrik siyasət, xalqın əzmi, həmrəyliyi, bütün qüvvələrin səfərbər olunması, Azərbaycan əsgərinin şücaəti regionda vəziyyəti dəyişdirmişdir. Minsk qrupu həmsədr ölkələrinin liderləri münaqişənin hərbi həlli olmadığını iddia etsə də, Azərbaycan bunu hərbi-siyasi vasitələrlə etdi. “Hərbi variant yoxdur” deyənlər mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər.

  • Prezident cənab İlham Əliyev Vətən müharibə...

    Prezident cənab İlham Əliyev Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı zamanı çıxış etmişdir

    2020-12-15

    Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər Paradında 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi.

  • Laçın rayonunun işğaldan azad olunması tarixi...

    Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir

    2020-12-06

    Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Azərbaycan Respublikası dekabrın 1-də Ermənistanın işğalı altındakı Laçın rayonunu öz yurisdiksiyasına qaytardı. Azərbaycan Ermənistan qoşunlarını və qanunsuz məskunlaşan erməniləri sayca 7-ci rayondan çıxarmaqla Dağlıq Qarabağ ətrafında işğala məruz qalmış bütün ərazilərinin azad edilməsini başa çatdırdı. Beləliklə, Azərbaycan sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsini hərbi-siyasi yolla 44 günə bitirdi, 4 rayonu - Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, həmçinin Şuşa şəhərini, Hadrut qəsəbəsini və Dağlıq Qarabağdakı bir çox torpaqlarımızı düşməni darmadağın edərək hərbi yolla işğaldan azad etdi və Ermənistanı dərin böhrana saldı.

  • Ağdam rayonunun işğaldan azad olunması noyabr...

    Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir

    2020-12-05

    Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. Üçtərəfli Bəyanat Azərbaycanın qələbəsidir, torpaqlarımızın qayıtmasıdır, bayrağımızın ucaldılmasıdır. Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytarır. Bu gün yaşadığımız günlər, anlar hər bir azərbaycanlının yaddaşında əbədi qalacaqdır.

  • Kəlbəcər rayonu işğaldan azad olundu

    Kəlbəcər rayonu işğaldan azad olundu

    2020-12-05

    Kəlbəcər rayonunun işğaldan azad olunduğu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi. Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı üçtərəfli bəyanat Kəlbəcərin geri qaytarılmasını təmin etdi. Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində 4 rayonu, Şuşa və Dağlıq Qarabağdakı digər torpaqlarımızın mühüm hissəsini hərbi yolla işğaldan azad etdi. Noyabrın 20-də Azərbaycan Ağdamı, Noyabrın 25-də isə Kəlbəcər rayonunu siyasi yolla nəzarəti altına keçirdi. Kəlbəcər də Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq bir güllə atılmadan azad edildi və düşmən rayondan çıxmağa məcbur edildi. Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi diplomatik danışıqlarda da qalib olmasının göstəricisidir. Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təsdiqidir.

  • Müzəffər Ali Baş Komandan cənab İlham Əliye...

    Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfər ediblər

    2020-11-19

    Ermənistanda öz xalqından gizlənən Paşinyanı gördüyümüz zaman Azərbaycanda dövlət başçısı cənab İlham Əliyev müzəffər ordu ilə qələbə bayramlaşması üçün Füzuli və Cəbrayıl rayonlarına səfər edib. Siyasətdə və cəbhədə, diplomatiyada və hərbi strategiyada üstünlük qazanmış Prezident cənab İlham Əliyev bu zəfərin müəllifidir.

  • Füzuli-Şuşa avtomobil yolunun çəkilişi Vət...

    Füzuli-Şuşa avtomobil yolunun çəkilişi Vətən Müharibəsində işğaldan azad edilmiş torpaqlarımızda böyük quruculuq işlərinin ilk layihəsidir

    2020-11-19

    Füzuli-Şuşa avtomobil yolunun təməlqoyma mərasimi Qarabağa həyatın qaytarılmasının rəmzidir. Eyni zamanda, bu yol işğaldan azad edilmiş torpaqlarda icra edilən birinci layihədir. Qələbə günündən 8 gün və Ermənistanın kapitulyasiyasından 6 gün keçəndən sonra artıq Alxanlı qəsəbəsindən Füzuli-Şuşa avtomobil yolu çəkilir. Bu böyük quruculuq işlərinin ilk layihəsidir.

  • Vətən müharibəsində əldə edilmiş qələbə...

    Vətən müharibəsində əldə edilmiş qələbə ilə Azərbaycan yeni reallıq yaratdı, Ermənistanın kapitulyasiyası oldu

    2020-11-15

    Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Sübut edildi ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi.

  • Şuşanın azad olunması və Qələbə münasibə...

    Şuşanın azad olunması və Qələbə münasibətilə Ali Baş Komandan cənab İlham Əliyev xalqa müraciət etmişdir

    2020-11-11

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciətində bildirib ki, noyabrın 10-u ölkəmiz üçün tarixi bir gündür. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaq və bizim şanlı qələbəmizdir. Şadam ki, bu müjdəni Azərbaycan xalqına verirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi!

  • Ağsu rayonunda 9 Noyabr – Bayraq günü və Şu...

    Ağsu rayonunda 9 Noyabr – Bayraq günü və Şuşa şəhərinin işğaldan azad edilməsi təntənə ilə qeyd edilib

    2020-11-09

    Noyabrın 9-da səhər saatlarında Ağsu şəhərinin küçələri izdihamlı idi. Dövlətçiliyin, müstəqilliyin simvolu olan Azərbaycanın və qardaş Türkiyənin dövlət bayraqları ilə bəzədilən yüzədək avtomobil, əllərində bayraqlar olan yüzlərlə gənc və yeniyetmə təntənəli sürətdə qeyd olunan Bayraq Günü münasibətilə yürüşə çıxmışdılar.

  • Azərbaycan Respublikasının Prezidenti cənab İ...

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: ”Dağlıq Qarabağın azad olunması ədalət, milli qürur və beynəlxalq hüquq məsələsidir”

    2020-11-04

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibəsində bildirib ki, Ermənistanın Azərbaycana qarşı təxribatları davamlı və məqsədyönlü olub. Birinci hərbi təxribat iyul, ikinci avqust ayında baş vermiş, Ermənistan qətllər törətmək üçün diversiya qrupu göndərmişdir. Üçüncü hərbi təxribat sentyabrın 27-də törədilmiş, erməni tərəfi təmas xəttinə yaxın yerləşən bəzi şəhər və kəndləri ağır artilleriya bombardmanına tutmuşlar.

  • Azərbaycan Prezidenti cənab İlham Əliyev Rusiy...

    Azərbaycan Prezidenti cənab İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibə verib

    2020-10-31

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 28-də Rusiyanın İnterfaks agentliyinə müsahibəsində bildirib ki, Azərbaycan Ordusu döyüş meydanında özünün üstünlüyünü sübut etdi. İşğal edilmiş ərazilərin xeyli hissəsi bir ay ərzində azad olundu. Ölkələrin hərbi potensialının dəyərləndirilməsi ilə məşğul olan qurumların vaxtaşırı dərc etdiyi reytinqlərə əsasən, Azərbaycan Ordusu dünyanın aparıcı 50 ordusu sırasındadır.

  • Dəm qazından qorunma ilə bağlı maarifləndiri...

    Dəm qazından qorunma ilə bağlı maarifləndirici tövsiyələr

    2020-10-30

    Havaların soyuması nəticəsində əhali mənzillər isti olsun deyə qapı və pəncərələri bağlı saxlayırlar. Bu isə qaz cihazlarının istismarı zamanı tüstü bacalarının normal işləmədiyi binalarda əhali arasında dəm qazından zəhərlənmə hallarının baş verməsinə səbəb olur.

  • Şanlı Azərbaycan Ordusu Qubadlı şəhərini d...

    Şanlı Azərbaycan Ordusu Qubadlı şəhərini düşməndən azad edib

    2020-10-29

    Oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciətində bildirib ki, İkinci Qarabağ müharibəsi xalqımız üçün Vətən müharibəsidir. Azərbaycan ordusu döyüş meydanında tarixi ədaləti bərpa edir. Şanlı Azərbaycan Ordusu bir çox yaşayış məntəqələrini, Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər, Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndlərini və Qubadlı şəhərini düşməndən azad edibdir.

əvvəlki [2] növbəti