Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bağlı keçirilən tədbirdən əvvəl rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri rayon mərkəzindəki Heydər parkında ümummilli lider Heydər Əliyevin abidəsini, Qəhrəmanlar parkında Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan həmyerlilərimizin məzarlarını ziyarət edərək, gül-çiçək dəstələri qoymuşlar. |